[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/05/unnamed-43.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi IB Club-un rəsmi tərəfdaşlığı ilə Gənclər Fondunun VI qrant müsabiqəsinin “C kateqoriyası” (fiziki şəxslərin layihələri) üzrə qalibi olmuş “Real Biznes Plan Çempionatı” layihəsinin icrası uğurla davam edir. Qeyd edək ki, 30 aprel tarixində layihə çərçivəsində növbəti görüşlər- “Təqdimat bacarıqları” və “Bədən dili” təlimləri baş tutmuşdur. Sözü gedən görüşlər zamanı “Təqdimatlar zamanı qorxunun və uğursuzluğun səbəbləri və onların aradan qaldırılması yolları, Təqdimatın sturukturu, Təqdimatda 4P, 5W&1H, AUDİENCE analizi, Cavab vermə texnikaları, Slaydın düzgün formada tərtibatı”, digər görüşdə isə “Bədən dilinin önəmi, Əllər və qollar.Salamlama şəkilləri, Oturuş şəkilləri, ayaqlar, Gözlər, Mikro ifadələr” və s kimi mühüm praktiki və nəzəri məsələlər tələbələrin diqqətinə çatdırılmışdır. Bu görüşlər də tələbələrin dərs saatlarını nəzərə alaraq 2 növbəli qaydada həyata keçirilmişdir. Layihə rəhbəri Nihad Mahmudlunun sözlərinə görə layihə çərçivəsində ümumilikdə 8 təlim və sonda 9 may 2015 tarixində Real Biznes Plan Çempionatının keçirilməsi nəzərdə tutulur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21748″ id=”21748″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]