[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/07/10517464_803803536327047_8570834589274909532_n.jpg ” ] Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “II Ağıl Oyunları Festivalı“ baş tutub. Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə keçirilən II Ağıl Oyunları Festivalının proqramına «Nə? Harada? Nə zaman?» və Breyn-Rinq oyunları üzrə turnirlər daxil idi. Yarışda Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan, Salyan, Cəlilabad, Ağcabədi, Beyləqan, Lənkəran, İsmayıllı, Mingəçevir, Şəki, Zaqatala, Gəncə, Qazax və Sumqayıtda təşkil olunan seçim turları nəticəsində finala vəsiqə qazanan 55 komanda iştirak edib. Hər birində 15 sual olan 4 turdan sonra qaliblər müəyyən olunub. 60 sualdan 34 xalla Vendetta komandası birinci yerə sahib olub. Leviafan komandası ikinci, Land of Fire komandası isə üçüncü yeri qazanıb. Yarışın ikinci günündə isə “Breyn-Rinq” oyunu üzrə turnir keçirilib. Bu dəfə də Vendetta komandası heç bir komandaya şans verməyərək qalib olub. Revolver komandası ikinci, Diplomat komandası isə üçüncü yeri tutub. Qaliblər müxtəlif mükafatlar, eləcə də kubok, medallar, diplomlarla təltif olunublar. Sonda iştirakçılar, qaliblər və təşkilatçılar xatirə fotosu çəkdiriblər. [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”16457″ id=”16457″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]