[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/04/unnamed-144.jpg” ]
“Addım Gənclər Təşkilatı” Dünya Yer günündə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Fransa Səfirliyinin dəstəyi ilə “EkoLogika” layihəsinin yekun tədbirini gerçəkləşdirib. Tədbirin birinci hissəsində təlimçi Tofiq Sadıxov gənclərlə interaktiv təlim keçib. İkinci hissədə isə təşkilat sədri Hüseyn Cavadzadə açılış edərək qonaqları salamlayıb. Eləcə də layihədə fəal olan gənclərə diplomlar və təbiətin bir hissəsi olan simvolik köklü bitkilər tədim olunub. Daha sonra isə dünyanın bir çox ölkələrində çəkiliş və yayımı qadağan olunan “Home” filmi nümayiş olunub. Qeyd edək ki film 30 il ərzində dünyanın müxtəlif ölkələrində hava şarından çəkilib. Filmdə yer kürrəsinin üzləşdiyi əsas ekoloji problemlərdən bəhs olunur. Film Azərbaycanda ilk dəfə lisenzion ictimai nümayiş olunub. Tədbirin digər özəlliyi isə gənclərin aksiyaya dəstək məqsədi ilə flashmob olaraq “yaşıl geyim” dress kodu gəlmələri olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”21367″ id=”21367″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]