[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”.http://youthfoundation.az/wp-content/uploads/2014/08/unnamed53.jpg ” ]
21 sentyabr 2014-cü il tarixində Beynəlxalq Sülh Günü ilə əlaqədar rəsm müsabiqəsi elan olunub. Hər il 21 sentyabr Beynəlxalq Sülh Günü kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunur. Bu günün qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Emin Qəhramanovun art studiası və digər həmtəşkilatçılar ilə birgə Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə uşaq və gənclər arasında “Sülh hüququ” mövzusunda rəsm müsabiqəsi keçirilir. Müsabiqədə 6-18 yaşlar arasında olan uşaq və gənclər iştirak edə bilərlər.
Müsabiqə üç yaş kateqoriya üzrə həyata keçirilir:
1) 6-9 yaş
2) 10-14 yaş
3) 15-18 yaş.
Rəsmlərə olan tələblər:
A3 formatı, material-kağız, istənilən texnika, rəsmlər çərçivədə təqdim olunmalıdır.
Qiymətləndirmə məyarları: mövzunun açıqlanması, kreativlik, orijinallıq.
Rəsmlər 14 avqust 2014-cü il tarixindən 14 sentyabr 2014-cü il tarixinə qədər aşağıda qeyd olunmuş ünvana təqdim olunmalıdır:
Bakı şəhəri, Lermontov küçəsi 36.
Əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi. Tel: (+99412) 492-63-61 , (99470) 246-56-17
Rəsmlər pəşəkar münsiflər tərəfindən qiymətləndiriləcəkdir .I,II və III yer tutan qaliblərə hədiyyələr təqdim olunacaqdır.
Müsabiqə nəticələri 19 sentyabr tarixində elan olunacaqdır.